"Bavariya"nın baş məşqçisi Xosep Quardiola münhenlilərin bu gün keçirməli olduğu məşqi təxirə salıb. Bunun səbəbi isə oyunçuların məşqdə geymək üçün forma tapa bilməməsi olub.
Başqa sözlə desək, məşq üçün gətirilən formalar "Ximki Arena" stadionuna vaxtında çatdırılmayıb. Buna isə Moskvadakı böyük tıxac səbəb olub.





