Topaz Premyer Liqasının 15-ci turunun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, növbəti turun “Rəvan” – “Qəbələ” və “Bakı” – “İnter” görüşlərini azarkeşlər canlı izləyə biləcəklər.
Topaz Premyer Liqası
15-ci tur
29 noyabr (cümə)
“Rəvan” – “Qəbələ”
Bayıl Arena stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
30 noyabr (şənbə)
“Bakı” – “İnter”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00 (canlı, “İdman Azərbaycan”)





