Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə yeniyetmələrdən ibarət (U-17) komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə, Bosniya və Herseqovina komandaları ilə üzləşəcək.
 
13 qrupdan ən yaxşı 2 komanda və 5 ən yaxşı üçüncü komanda 2015-ci ilin yazında elit mərhələdə mübarizə aparmaq şansı qazanacaq. 32 komandadan 15-i Bolqarıstanda keçiriləcək Avropa birinciliyinə vəsiqə əldə edəcək.
Shares: