Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə gənclərdən ibarət (U-19) komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması qrupda Slovakiya, Macarıstan, və Ermənistan komandaları ilə birgə yer alıb.
 
Mini-yarışın meydan sahibi püşkdən sonra təyin olunacaq.
 
Hər qrupdan ən yaxşı 2 komanda və öz qrup liderləri ilə oyunlarda ən yaxşı nəticə göstərmiş 1 ən yaxşı üçüncü komanda 2015-ci ilin yazında elit raundda İspaniya ilə birgə çempionluq uğrunda mübarizə aparacaq.
Shares: