Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan” – “Qəbələ” oyununun keçirilmə yeri dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, “Mil-Muğan” klubunun Peşəkat Futbol Liqasına ünvanladığı məktubda İmişli şəhər stadionunun ot örtüyünün bu oyunu keçirmək üçün yararsız vəziyyətdə olduğu bildirilib.
“Qəbələ” klubunun da razılıq məktubunu nəzərə alaraq “Mil-Muğan” – “Qəbələ” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək.





