Cari mövsüm Çempionlar Liqsında ən çox qazanan klubların siyahısı açıqlanıb.  Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun yekunlarına əsasən (təsnifat mərhələləri də daxil olmaqla), ən çox qazanan komanda “Arsenal” olub.
 
Hazırda London klubuna 14,7 milyon avroluq mükafat ödənilməlidi. İkinci yerdə İsveçrə “Bazel”i və “Milan” gedir – hərəyə 13,7 milyon avro. 4-cü pillədə ÇL-in hazırkı qalibi “Bavariya” qərarlaşıb – 13,6 milyon avro.
 
“Zenit”, “Styaua” və “Şalke” 5-7-ci yerləri bölüşürlər. Bu komandalar hərəyə 13,2 milyon avro qazanıblar.
 
H qrupunun lideri “Barselona” 12,1 milyon avroyla yalnız 14-cü sırada gedir. Maraqlıdı ki, bu göstəricidə Kataloniya klubu qrupdakı rəqibi, pley-offa vəsiqə qazanmaq şanslarını itirən “Seltik”dən geri qalır. Şotlandların hesabında hazırda 12,7 milyon avro var.
“Real” və “Atletiko” hərəyə 13,1 milyon avro qazanıblar.
Shares: