"Rəvan"ın müdafiəçisi Aqil Nəbiyev Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyunu şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları söyləyib:
"Maraqlı oyun baş tutdu. Komandamız çox istəkli idi. Lakin 1-ci hissədə qapımızda qol gördük. Bir az arxayınlığın qurbanı olduq. Məğlub olmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan birini oynadıq. Hüçüm xəttində çatışmazlıqlarımız var. Yəqin ki, məşqçimiz bu haqda fikirləşər. Komandaya yeni nəfəs, yeni oyunçular lazımdı. Axırıncı mövqelərdə yer almaq mənim üçün yaxşı hal deyil. İstəyirik ki, hər oyun xal qazanaq. Komandamız yaxşı oyun nümayiş etdirsə də, bu mövqedə olmağımız bizi məyus edir. Çox güman ki, dekabr ayında yeni transferlər olar. Şahin Diniyev komandanın başına keçəndən sonra "Rəvan"da irəliləyiş hiss olunur".





