"Sumqayıt"ın kapitanı Samir Abbasov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu, eləcə də baş hakim Fariz Yusifov tərəfindən meydandan qovulmasını şərh edib. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
"Hakim bütün oyun ərzində ancaq bizim uduzmağımız üçün çalışdı. Oyunun sonlarında təmiz penaltimizi vermədi. Mən də hakimə sərt şəkildə bildirdim ki, orada penalti var idi. Hətta rəqib komandanın üzvü Erik Ramos da dedi ki, penaltidi. Amma Fariz Yusifov soyüş söydü. Üstəlik dedi ki, əcəb edirəm. Mən də ağzıma gələni dedim. Hələ Fariz mənə mukafat versin ki, onu döymədim".





