"Monako"nun forvardı Radamel Falkao sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, ölkə çempionatında "Nant"la oynanılan qarşılaşmada zədələnən hücumçu bu gün "Rennes"lə matçda forma geyə bilməyəcək.
Kolumbiyalı oyunçunun zədəsi o qədər də ciddi olmasa da, onun nə zaman yaşıl meydanlara qayıdacağı məlum deyil.





