"Sumqayıt"ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə oyunu şərh edib. Futbolinfo.az saytına açıqlamasında o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
"Məncə, biz daha yaxşı oynadıq. Xüsusilə də ikinci hissədə. 4 əsas futbolçumuzun olmaması bizi üzdü. Amma bu heyətlə də sona kimi oynadıq. Nəticə oyuna görə olmadı. Biz uduzmalı deyildik. Hakim təmiz penaltimizi vermədi. Her şey gözumun önundə oldu. Top Erik Ramosun əlinə dəymişdi. Hakim də həmin epizoda yaxın idi. Amma penalti təyin etmədi. Əksinə, haqsız yerə Samir Abbasova qırmızı vərəqə göstərdi. Fikrimcə, hakim oyunu yaxşı idarə etmədi".





