"Real"ın (Madrid) futbolçusu Anhel di Mariya yanvarda Madrid klubundan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, "Monako"nun sahibi Dmitri Rubolovlev yarımmüdafiəçini klubunda görməkdə israrlıdı.
Bu transferin reallaşması üçün futbolçunun meneceri Xorxe Mendeslə danışıqlara da başlanılıb. Qaret Beylin gəlişindən sonra forma geyinmək şansı azalan Di Mariyanın "Monako"ya getməyə müsbət baxdığı bildirilir.
Qeyd edək ki, Di Mariya ilə İngiltərənin "Mançester Yunayted" klubu da yaxından maraqlanır.





