"Mançester Yunayted" və İngiltərə yığmasının sabiq futbolçusu Pol Skoulz maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, yığmasının DÇ-2014-dəki şanslarını dəyərləndirərkən bunları deyib:
 
"Əgər bunu eşitmək istəyirsinizsə, söyləyə bilərəm: İngiltərənin dünya çempionatında qələbə qazanmaq üçün şansı yoxdu. Dqzdü, heyətdə bir neçə güclü futbolçular yer alıb. Amma digər oyunçular bu cür yüksək səviyyədə çıxış etmir. İngiltərə millisi Polşa və Ukraynaya qarşı oynadıqda, problem yaranmır. Lakin rəqib Braziliya, Almaniya və ya İspaniya olduqda, vəziyyət dəyişir".
Shares: