Con Benjamin Toşakla yollarını ayıran "Xəzər Lənkəran" yaxın günlərdə yeni baş məşqçisini icimaiyyətə təqdim edəcək. Futbolinfo.az xəbər verir ki, noyabrın 5-də Mustafa Dənizlinin təqdimatı keçiriləcək.
Təqdimatın keçirilmə tarixi bəlli olsa da, harada və saat neçədə keçiriləcəyi məlum deyil. Bu barədə saytımıza açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib:
"Mustafa Dənizli noyabrın 5-də ictimaiyyətə təqdim olunacaq. Tarixin müəyyən olunmasına baxmayaraq, hələ də dəqiqləşməyən məsələlər var. Belə ki, türkiyəli mütəxəssisin harada və saat neçədə təqdim olunacağı dəqiqləşməyib. Bu gün və ya sabaha bunu dəqiqləşdirib, məlumat verəcəyik".





