Dekabrın 3-də AFFA-nın dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turniri start götürəcək. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində keçiriləcək turnirin açılış mərasimi dekabrın 3-də, saat 9:30-da olacaq.
Birinci turda aşağıdakı oyunlar keçiriləcək:
Saat 10:00. Zirvə – Şimşək
Saat 11:00. Ümid – Birlik





