Topaz Premyer Liqasının 15-ci turu qalmaqallarla yadda qaldı. "Bakı" – "İnter" (0:1) qarşılaşmasında Ettonun Baçana Sxadadzeyə qarşı kobudluğu, "Sumqayıt" – "Neftçi" matçında hakim – futbolçu söyüşməsi və s.
 
Maraqlı məqamlardan biri odu ki, Bakı derbisini idarə edən Orxan Məmmədov bu hərəkəti edən futbolçuya cəza verməyib. Futbolinfo.az xəbər verir ki, rəqibini dirsəklə vuran Etto meydandan qovulmayıb, canını sarı vərəqə ilə qurtarıb. Halbuki belə oyuna görə futbolçu mütləq qarşısında “qırmızı” görməliydi.
 
Hakimn cəzalandırmadığı Ettoya AFFA İntizam Komitəsi tərəfindən hansısa cəzanın verilib-verilməyəcəyini öyrənmək üçün qurumun sədri Tofiq Fətullayevlə əlaqə saxladıq. Vaxtı olmadığını deyən Fətullayev bizə Məlik Həsənovla danışmağı məsləhət gördü. Ancaq o da suallarımızı cavabsız qoydu. Belə ki, PFL-in baş direktoru bütün suallarımıza "Mən bu haqda heç nə deyə bilmərəm" cavabını verdi. Bu məqamda isə insanı bir sual düşündürür: görəsən, Həsənov AFFA-da nə iş gördüyünü necə, bilirmi?
Shares: