FİFA həftənin cümə günü baş tutacaq DÇ-2014-ün püşkatmasında bəzi dəyişikliklər edəcək. Futbolinfo.az xəbər verir ki, püşkatmada səbətlərin müəyyənləşdirilməsi zamanı ölkələrin FİFA reytinqindəki sıralaması deyil, coğrafi durumu əsas götürüləcək.
Ali futbol qurumunun bu qaydanı tətbiq etməsinin məqsədi isə eyni qitənin komandalarının qrup matçlarında qarşı-qarşıya gəlməməsidi.
Qayda rəsmən təsdiqlənsə, DÇ-2014-ün səbətləri aşağıdakı bu şəkildə olacaq:
Birinci səbət: Braziliya, İspaniya, Almaniya, Argentina, Kolumbiya, Belçika, İsveçrə və Uruqvay
İkinci səbət: Hollandiya, İtaliya, İngiltərə, Portuqaliya, Yunanıstan, Bosniya Hersoqovina, Xorvatiya, Rusiya
Üçüncü səbət: Əl-Cəzair, Fildişi Sahili, Qana, Kamerun, Nigeriya, Çili,Ekvador, Fransa
Dördüncü səbət: Avstraliya, Yaponiya, İran, CAR, Kosta Rika, Honduras, Meksika, ABŞ





