Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Bakı” – AZAL oyununda 2:0 hesabı ilə irəlidə olan “zolaqlılar” sonradan iki qol buraxaraq qələbəni əldən verdi. Futbolinfo.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Mario Horvat bu nəticədən təəssüfləndiyini bildirib.
 
“Oyuna yaxşı başladıq. İlk 20 dəqiqədə artıq 2:0 hesabı ilə üstün idik. Necə oldu belə səhvlərə yol verdik, 2 qol buraxdıq, anlamıram. Çox təəssüflənirəm. Bu oyunda qələbəyə layiq idik. Çünki çox yaxşı oynadıq”.
Shares: