Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində sabah “Fırtınalar meydanı”nda 1-ci Divizion təmsilçisi “Neftçala” ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqini keçirib. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın məşqi öncədən planlaşdırıldığı kimi əsas meydançada yox, ehtiyat meydançada baş tutub.
 
Dünəndən tətbiq olunan yeni qaydalara uyğun olaraq, öncə stadionun paltardəyişmə otağına, oradan isə ehtiyat meydançaya yollanan futbolçular məşq zamanı həvəslə çalışıblar. Saat 11:00-da başlayan və bir saat sürən hazırlıq prossesi adi qaydada keçirilib və əvvəlki oyun öncəsi məşqlərdən heç nə ilə fərqlənməyib.
 
Qeyd edək ki, ötən mövsümün final matçındakı insidentdə iştirakına görə AFFA-nın İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalandırılan Rodomir Todorov sabahkı qarşılaşamda iştirak etməyəcək. (12-ci oyunçu)
Shares: