"Borussiya" (Dortmund) klubu qışda komandanı tərk edəcəyi gözlənilən Robert Levandovskiyə əvəzləyici tapıb. Futbolinfo.az xəbər verir ki, Dortmund təmsilçisi "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostaya "elçi" düşüb.
"Borussiya"nın baş məşqçisi Yurgen Klopp yanvardan Braziliya əsilli futbolçunu komandasında görmək istəyir. Lakin "Atletiko"nun Kosta üçün yüksək məbləğ istəməsi "Borussiya"nın işini çətinə salıb.
Qeyd edək ki, İspaniya millisinin üzvü ilə İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır.





