Rusiya millisinin baş məşqçisi Fabio Kapello Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq həledici "Qalatasaray" -"Yuventus" matçı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, bu qarşılaşmada İtaliya təmsilçisinin şanslarını daha yüksək qiymətləndirib:
"Yuventus" ÇL-də qrupdan çıxacaq. Ancaq İstanbulda onları asan oyun gözləmir. Hakim seçimi çox önəmli olacaq və matçın taleyini həll edəcək”.
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı dekabrın 10-da baş tutacaq.





