Noyabrın 15-dən etibarən Bakıda AFFA tərəfindən UEFA-nın A kateqoriyalı məşqçi kursu başlayıb. Futbolinfo.az xəbər verir ki, dekabrın 7-dək davam edəcək kursa almaniyalı mütəxəssislər Nikolay Adam və Torsten Spittler rəhbərlik edir.
Adam və Spittlerin tapşırığı ilə kursda iştirak edən məşqçilər bu gün Azərbaycan Kubokunun 1/8 finalında keçirilən "Qaradağ Lökbatan" – "Rəvan" qarşılaşmasını izləyib. "Bayıl Arena"da oyunu izləyən məşqçilər sırasında Tərlan Əhmədov, Mahmud Qurbanov, Asim İbrahimov, Mirbağır İsayev, Rafael Əmirbəyov və başqaları olub.





