Madrid “Real”ının məşqçilərindən olan Zinəddin Zidan klubdakı taleyindən narahatdı. Futbolinfo.az xəbər verir ki, buna səbəb Qaret Beylin əla çıxışı ilə onu azarkeşlərə unutdurma ehtimalının olmasıdı.
 
Fransalı canlı əfsanəsi Beylin gələcəkdə 1 nömrəli ulduz ola biləcəyini vurğulayıb:
 
“Real”da heç kim Beylə görə narahat deyildi. Çünki hər birimiz onun səviyyəsinə, nəyə qadir olduğuna bələd idik. Məni yalnız bir məsələ narahat edir – Beyl “Real”da məni də geridə qoya bilər. O, əsl hücumameyilli futbolçudu. Heç nədən qol epizodu yaratmağı, tez-tez fərqlənməyi bacarır. Eləcə də standard vəziyyətləri əla yerinə yetirir. Beyl özü də bilir ki, lazım olacağı halda daim ona məsləhət verməyə hazıram. Dünyanın ən yaxşı futbolçusu olmaq üçün Beyldə lazım olan hər şey var”.
Shares: