2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının topu ölkənin Rio de Janeyro şəhərində rəsmən təqdim olunub. Futbolinfo.az xəbər verir ki, mərasimdə braziliyalı aktrisa Şeron Menezzes, “Flamenqo”nun hücumçusu Ernanes, 2013-cü il Braziliya Kubokunun bombardiri Klarens Zeedorf və ikiqat dünya çempionu Kafu iştirak edib.
2014-cü ilin 12-13 iyulda Braziliyanın 12 şəhərində keçiriləcək görüşlər “Brazuka” adlı topla oynanılacaq.
Qeyd edək ki, topa ad qoymaq ənənəsi 1970-ci ildə Meksikada keçirilən dünya çempionatından sonra yaranıb. O zaman top “telstar” adlandırılıb. Argentinada “Tanqo”, Meksikada “Açteka”, CAR-da “Cabulani” kimi topa qoyulan maraqlı adlar məlumdu.





