Futzal üzrə Türkiyə yığmasının Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Ömər Kaner millimizlə oyunlara 14 futzalçı çağırıb.
Qeyd edək ki, futzalçılarımız İstanbulda Türkiyə yığması ilə 2 yoldaşlıq matçı keçirməyə hazırlaşır. Həmin görüşlər dekabrın 10 və 12-də baş tutacaq. Hər 2 qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Qapıçılar: Mehmet Aşlamacı (Çubukluspor), Alpər Tolqahan Aytaş (Qestel, Hollandiya);
Müdafiəçilər: Sami Böyüktopaç (Şarlerua, Belçika), Sərhat Çiçək ("Beşiktaş” futzal məktəbi), Onur Mengi (Kozlu Bələdiyyəspor), Onur Atik, Sümər Alvurdu (hər ikisi “Ankaraspor”), Kənan Köşəoğlu (Sibataks, Hollandiya);
Hücumçular: Cem Kəskin (Kartal Bələdiyyəspor), Yigitcan Yenilməz (Ataköy Çobançeşməspor), Muhammet Altunay ("Bağçılar” İdman Klubu), Sərcan Gök (Mersin Toroslar Bələdiyyəspor), Adəm Koçak (Eyndhoven, Hollandiya), Cihan Özcan (Kuypers, Hollandiya).





