“Yuventus”la müqaviləni uzatdıqdan sonra Arturo Vidal İtaliya A seriyasının ən çox maaş alan 3-cü futbolçusu olub. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə sözləşməsini bitmə tarixini 2017-ci ilə çəkən çilili yarımmüdafiəçinin illik qazancı 5,5 milyon avro olacaq.
Qeyd edək ki, İtaliyada ən çox maaş alan futbolçular elə Vidalın komanda yoldaşı Canluici Buffon və “Roma”nın futbolçusu Daniel de Rossidi. Onlar ilinə 6 milyon avro qazanır.





