Futbol üzrə Türkiyə Kubokunda 4-cü mərhələyə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 32 klub 5-ci mərhələyə 16 vəsiqə uğrunda mübarizə aparırdı.
 
Son oyun günündə 5 görüş baş tutub. Turnirin favoritlərindən daha biri – "Beşiktaş" da mübarizəni bu mərhələdə dayandırmalı olub. "Qara qartallar" səfərdə "Bucaspor"a uduzub. "Tarsus"un qonağı olan "Ərciyəsspor" isə sürprizə imkan verməyib. "Əskişəhərspor" da "Vanspor"u darmadağınla keçib. "Karabükspor" "Hacettepe"ni məğlub edib. "Kayserispor" da "1461 Trabzon" səddini uğurla keçib.
Qeyd edək ki, bu mərhələnin digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
 
Türkiyə Kuboku
4-cü mərhələ
3 dekabr
 
Qalatasaray – Qaziantep BB – 2:2 (penaltilərlə – 6:5)
Antalyaspor – Çankırıspor – 4:2 (əlavə vaxtda)
Bandırmaspor – Elazığspor – 0:2
 
4 dekabr
 
Balıkəsirspor – Trabzonspor – 3:1
İnegölspor – Qaziantepspor – 3:2
Tavşanlı Linyitspor – Akhisar BS – 0:1
Tokatspor – İstanbul BB – 1:0
Sivasspor – Silivrispor – 1:0
Gənclərbirliyi – Nazilli Bələdiyyəspor – 0:1
Fənərbaxça – Fəthiyyəspor – 1:2
Adana Dəmirspor – Bursaspor – 1:2
 
5 dekabr
 
Tarsus – Ərciyəsspor – 2:4
Əskişəhərspor – Vanspor – 4:1
Karabükspor – Hacettepe – 3:1
Kayserispor – 1461 Trabzon – 1:0
Bucaspor – Beşiktaş – 2:1
Shares: