UEFA prezidenti Mişel Platini bildirib ki, ölkə kuboku qaliblərinin Çempionlar Liqasında iştirakı ideyasının tərəfdarıdı. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri yeni ideyasını belə ifadə edib:
“Mən bu təkliflə razıyam. Biz bunu dəfələrlə müzakirə etmişik. Ancaq iş səsverməyə gələndə, Çempionlar Liqasında yer sayını itirmək istəməyən ölkələr çoxluq təşkil edir”, deyə İspaniya mətbuatı Platinidən sitat gətirir.
Platini həmçinin, öz cərimə meydanında oyun qaydalarını pozmuş qapıçının oyundan qovulmasının və penalti təyin olunmasının əleyhinədi:
“Bu son hədd kimi təsir bağışlayır. Penalti – kifayətedici cəzadı. Düşünürəm ki, bununla FİFA və UEFA-da hər kəs razıdı. Ancaq beynəlxalq komitənin tərkibinə daxil olan bir-iki ölkə qaydaları dəyişmək istəmir”.





