Futbol üzrə İtaliya Kubokunda 4-cü təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bir mərhələdən ibarət olan bu mərhələdə 16 klub 1/8 finala 8 vəsiqə uğrunda mübarizə aparırdı.
Son oyun günündə daha 1 görüş baş tutub. "Sampdoriya" öz meydanında "Verona"ya darmadağınla qalib gəlib. Nəticədə meydan sahibləri 1/8 finala son vəsiqənin sahibi olublar.
Xatırladaq ki, bu mərhələnin digər oyunları əvvəlki günlərdə keçirilmişdi.
İtaliya Kuboku
4-cü təsnifat mərhələsi
3 dekabr
Bolonya – Syena – 1:2
Spetsiya – Peskara – 3:0
Avellino – Frozinone – 2:1
Parma – Vareze – 4:1
4 dekabr
Kyevo – Recina – 4:1
Atalanta – Sassuolo – 2:0
İnter – Trapani – 3:2
5 dekabr
Sampdoriya – Verona – 4:1





