İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinzi Kaqava qış fasiləsində Premyer Liqanı tərk edə bilər. Futbolinfo.az xəbər verir ki, yaponiyalı futbolçu "Monako"nun maraq dairəsinə düşüb.
 
Fransa təmsilçisi komandası ilə 2016-cı ilə qədər müqaviləsi olan Kaqavaya yüksək maaş təklif edir. Hələlik məbləğin dəyəri açıqlanmasa da, təcrübəli futbolçunun hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.
 
Yeri gəlmişkən, Kaqava ilə "Arsenal" və "Borussiya" (Dortmund) klubları da yaxından maraqlanır.
Shares: