İtaliya futbolunun məşhur siması Cennaro Qattuzo qadınları əsəbiləşdirəcək açıqlama verib. Futbolinfo.az xəbər verir ki, bir müddət əvvəl "Palermo"nun baş məşqçi postundan ayrılan sabiq futbolçu qadınlara futbolda yer olmadığını bildirib.
Qattuzo bu məsələni keçmiş klubu "Milan"da baş verənlərdən narazı olduğu üçün qabardıb. Belə ki, klubun sahibi Silvio Berluskoninin qızı Barbara Berluskoninin idarəçiliyə gətirilməsindən sonra İtaliyanın "Radio Radio" proqramına qoşulan "Milan"ın sabiq üzvü bunları deyib:
"Vitse-prezident Adriano Qalliani kimi birinə daha çox hörmət edilməlidi. Mən qadınların futbolda hər hansı bir yerinin olduğuna inanmıram. Buna söyləmək mənim üçün çətin olsa da, gerçəkdi".





