Türkiyəli menecer Murat Daldık “Neftçi”nin müdafiəçisi Mahir Şükürov haqda danışıb. Futbolinfo.az saytına açıqlamasında Daldık 2004-cü ildə Şükürovun “Antalyaspor”a gəlişindən söhbət açıb:
“O zaman Mahiri bizə təklif etmişdilər. Mən “Antalyaspor”da çalışırdım. Dəqiq yadıma gəlmir, amma 6 ay müddətində bir yerdə olduq. Sonra gəlib ayrılmaq istədiyini dedi. Düşünürəm ki, komandayla ayaqlaşa bilmədi. Biz də yolunu kəsmədik. Deyəsən, bizim komandada xoşbəxt deyildi. Futbolçularda səbr olmalıdı”.





