İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Arturo Vidal Çempionlar Liqasında qarşılaşacaqları "Qalatasaray"la oyunöncəsi fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, çilili futbolçu qrupdakı son – həlledici matçın çox çətin keçəcəyini bildirib:
"Çətin bir oyun olacağı hər kəsə bəllidi. "Qalatasaray" evində çox yaxşı oynayan güclü bir komandadı. İstanbulda bizi cəhənnəmin gözlədiyini bilirik. Ancaq buna hazırıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Önəmli olan da qələbə qazanmaqdı".
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı dekabrın 10-da Türkiyədə keçiriləcək.





