İstanbuldakı hava şəraitinin qəfildən pozulması Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq “Qalatasaray” – “Yuventus” matçında hər iki komandaya problemlər yarada bilər. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi gün – dekabrın 10-da şəhərə qar yağacağı gözlənilir.
 
Bu baş verərsə, stadionun ot örtüyündə böyük problemlərin yaranması istisna olunmur. Məhz bu səbəbdən də matçın futbol şərtlərinə uyğun baş tutması üçün əlavə tədbirlər görülməyə başlanılıb.
 
Qeyd edək ki, ötən mövsümdə də “Türk Telekom Arena”ya qar yağması nəticəsində ot örtüyündə problemlər yaranmışdı.
Shares: