AZAL-ın müdafiəçisi Ruslan Tağızadə Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la oyunu şərh edib. Futbolinfo.az saytına açıqlama verən gənc futbolçu oyun haqda bunları deyib:
"Biz ancaq qələbə haqda fikirləşirdik. Bu matçda qələbə qazanmaq bizə çox vacib idi. Şükürlər olsun ki, sona qədər mübarizə aparıb, qalib gəldik. Son 4 dəqiqədə 2 qol vurduq. Son dəqiqələrdə ən azı heç-heçə edəcəyimizi düşünürdüm. Sevinirəm ki, 3 xalı alan biz olduq. Qazandığımız qələbə qarşıdakı "Simurq"la oyunda bizə yüksək motivasiya verəcək".





