Topaz Premyer Liqasının 16-cı turunda öz meydanında "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" ciddi itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki, buna qədər komandanın artıq iki aparıcı oyunçusu sıradan çıxmışdı.
Dünənki qarşılaşmada müdafiəçi Admir Telinin oynamayacağı öncədən bəlli idisə, Riçard Almeydanın zədələnməsi oyun ərəfəsində müəyyənləşdi. Belə ki, braziliyalı yarımmüdafiəçi oyundan bir gün öncəki məşqdə ayaq əzələsini dartıb. Riçardın zədəsi çox ağır olmasa da, "Neftçi" ilə oyundan sonra daha bir görüşü buraxacağı bildirilir.
Dünən gərgin oyunda ağdamlılar daha iki itki ilə üzləşib. "Neftçi" ilə oyunun qəhramanlarından sayılan Reynaldo da Silva və komandanın kapitanı Rəşad Sadıqov bu qarşılaşmada aldıqları sarı vəqərə ucbatından cəzalı duruma düşüb. Bu iki futbolçu da dekabrın 15-də səfərdə keçiriləcək "Bakı" ilə oyunu buraxmalı olacaq.





