Braziliya çempionatında bu gecə keçirilən "Atletiko Paranaense" – "Vasko de Qama" matçı yarımçıq dayandırılıb. Buna səbəb iki komandanın azarkeşləri arasında düşən dava olub.
 
Futbolinfo.az xəbər verir ki, polis aranı sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. Onlarla insan yaralanıb. Xəsarət alanları stadiona enən helikopretlər xəstəxanalara daşıyıb. Baş verən olaylar səbəbindən matçın hakimi qarşılaşmanı dayandırmağa məcbur olub.

Shares: