Bu gün 2014-cü ildə Braziliyada baş tutacaq Dünya Çempionatına Avropa zonası üzrə son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, püşkatmada iki səbətdə – səpələnmişlər və səpələnməmişlər olmaqla 8 ölkə yer alıb.
Azərbaycan millisinin də mübarizə apardığı F qrupunda ikinci olan Portuqaliya yığması səpələnmişlər səbətində yer aldığından bəxtinə səpələnməmişlər səbətindən İsveç düşüb.
Bütövlükdə, püşkatmanın nəticələri aşağıdakı kimidi:
Portuqaliya – İsveç
Ukrayna – Fransa
Yunanıstan – Rumıniya
İslandiya – Xorvatiya.
Qeyd edək ki, Braziliyada keçiriləcək DÇ-2014 12 iyun – 13 iyul tarixində baş tutacaq.





