Türkiyə mətbuatı maraqlı iddia ilə çıxış edib. Futbolinfo.az xəbər verir ki, qardaş ölkə mətbuatı "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizlinin həmyerlisi olan ulduz futbolçunu Lənkərana gətirmək istədiyini iddia edib.
Belə ki, Dənizli Necati Ateşi heyətə cəlb etmək istəyir. Qış fasiləsinə qədər Necatiyə vaxt verən türkiyəli mütəxəssis topçu ilə qışda anlaşmağı planlaşdırır.
Bundan başqa 64 yaşlı mütəxəssisin Azərbaycana həm də ulduz müdafiəçi gətirəcəyi bildirilir. İbrahim Toraman da Dənizlinin transfer siyahısına daxil olub. Türkiyəli qələm əhli sabiq "Beşiktaş"lının Dənizli ilə telefonda danışdığını və Lənkərana gəlmək üçün vaxt istədiyini yazıb.





