İspaniya millisinin qapıçısı İker Kasilyas DÇ-2014-ün püşkünü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper Hollandiya millisinin onlarla eyni qrupda yer almasının anlaşılmaz olduğunu bildirib:
 
"Həqiqətən də püşkatmalar bəzən anlaşılmaz olur. Hətta komandaların qazandıqları əmsallar da anlaşılmazdı. Təbii ki, komandalardan hansının güclü olmasına biz qərar vermirik. Bizim işimiz meydana çıxıb, oyunumuz oynamaqdı. Ancaq püşkün nəticəsi ilə razı deyiləm. Son mundialda bizimlə final oynamış Hollandiya yığması ilə eyni qrupda qərarlaşmağımız anlaşılmaz oldu".
 
Qeyd edək ki, CAR-da keçirilən son dünya çempionatının final matçında Hollandiyanı 1:0 hesabı ilə məğlub edən İspaniya yığması tarixində ilk dəfə fəxri mükafata sahib çıxmışdı.
Shares: