Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Qəbələ” – “Simurq” matçında “Qəbələ”nin 4, “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Murad Musayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
 
“İnter” – “Xəzər Lənkəran” matçının 90+1-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Heydər Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
“Sumqayıt” – “Bakı” matçının 39-cu dəqiqəsində “Bakı”nın futbolçusu Mətin Əbilsoy idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Shares: