Madrid "Real"ının yarımmüdafiəçisi Xabi Alonso komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, 6 ay sonra sözləşmə müddəti başa çatacaq ispaniyalı futbolçu yeni sazişin əleyhinə deyil.
 
Belə ki, təcrübəli futbolçu ona gələn bütün təklifləri geri çevirib. Bununla da, Alonso komandada qalmaq istədiyini nümayiş etdirib. Lakin 32 yaşlı futbolçu bunun müqabilində "Real"dan ilinə 10 milyon avro tələb edib. Madrid təmsilçisinin Alonsonun bu təklifi ilə razılaşıb-razılaşmayacağı böyük maraq doğurur.
 
Qeyd edək ki, Alonso cari mövsüm zədə ucabtından cəmi 7 oyunda forma geyinib.
Shares: