Futbol üzrə İspaniyanın 2-ci Liqasına (Sequnda) 17-ci tur oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası “Real Mursiya” səfərdə “Mirandes”lə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Hesab 88-ci dəqiqəyə qədər “Mursiya”nın xeyrinə olub. Lakin komanda bu üstünlüyünü qoruya bilməyib.
İsrafilov 90 dəqiqə meydanda mübarizə aparıb. Hazırda Eddinin komandası 23 xalla 12-ci pillədə qərarlaşıb.





