İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı Premyer Liqada çempionluğa ən böyük namizəd olmadıqlarını deyib:
 
"Kim deyib ki, biz çempionluğa ən böyük namizədik. Mən belə fikirləşmirəm. Çempion olmaq potensialına sahib 6 komandadan biri olduğumuzu dünüşürəm. Digər rəqiblərimiz əla formadadı. Biz isə komanda oyununda ötən illərə görə fərqli çıxış edirik. Yeni komanda qurmuşuq. Keçən iki ili xatırlayın. Çempiondan 25 və 14 xal geri qalmışıq. Ötən mövsüm çempion olmuş və ya liderdən 1-2 xal geridə qalmış komandadan danışmırıq. Komandamız ötən 2-3 ilin dekabr aylarında liderlərdən 15-20 xal geri qalırdı. İndi yeni bir komanda qururuq və əlimizdəki futbolçularla oynaya biləcəyimiz ən yaxşı oyunu oynamağa və ən yaxşı nəticələri qazanmağa çalışırıq".
Shares: