“Stadion hazırda qarın altındadı. Qar da yağmağa davam edir. İndi gözləyirik ki, yağıntı dayansın və biz təmizləmə işlərinə başlayaq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Xəzər Lənkəran” mərkəzi stadionun direktoru Höccət Hacıyev deyib.
Hacıyev meydanın düzəlməsi üçün əllərindən gələni edəcəklərini bildirib: “Meydanın “Rəvan”la oyuna qədər yaxşı vəziyyətə gətirilməsi üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, növbəti matçımıza çıxa bilərik”.





