“Yuventus"un baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Qalatasaray”a məğlubiyyəti (0:1) unuda bilmir. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı onları pley-offdan edən bu matçın ədalətsiz keçirildiyini bildirib:
 
“Biz bu qarşılaşmanın təxirə salınmasını istədik. Amma kimsə bizi dinləmədi. Roberto Mançini də matçın təhlükəli olacağını söyləmişdi və mən də onla razılaşmışdım. Hakim isə bizi UEFA nümayəndələrinin yanına göndərdi.  Ancaq UEFA qərarından dönmədi. Fasilədə hakimin yanına təkrar getdim və bu şərtlətə oynamağın mümkün olmadığını bildirdim. Bu dəfə isə Droqba mənim dediklərimə qatıldı. Biz futbol oynamağa çalışırdıq. Oyunçularımı təbrik edirəm ki, bu cür stadionda onlar əlindən gələni etdilər. Daha yaxşı ot örtüyündə rahat oynaya bilərdik. Bu səbəbdən məğlub olmağımız ədalətli deyil".
Hakim oyunu yenidən təxirə salmalı idi. Elə bil tarlada oynayırdıq".
Shares: