Topaz Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilən Vaqif Cavadov bu münasibətlə fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Ən axşı seçildiyimə görə çox sevinirəm. Məni seçən hər bir kəsə təşəkkürümü bildirirəm. İnşallah, növbəti aylarda komanda yoldaşlarım da ən yaxşı seçilərlər".
Cavadov komandasının çıxışına da toxunub: "Komandam uğurlu çıxışını davam etdirir. Yüksək əhval-ruhiyyə ilə "Sumqayıt"la oyuna hazırlaşırıq. Rəqibimiz aşağı yerlərdə olsa da, biz bu görüşə də yüksək motivasiya ilə çıxacağıq".
Vaqif komanda yoldaşı Ruslan Əmircanovun "Bakı"nın və milli komandamızın qapıçısı Kamran Ağayevlə birgə meyxana deməsinə də münasibət bildirib: "Komanda yoldaşmın meyxana deməsinə normal yanaşıram. Bu, onun hobbisidi. Yaxşı meyxana deyir. Amma bir az məşq edib, artırmalıdı".





