Futbol üzrə Azərbaycan 1-ci divizionunda 14-cü turun bir oyununun keçirilmə yeri dəyişdirilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, “Qaradağ Lökbatan” – “Şəmkir” matçı başqa stadionda keçiriləcək. Buna səbəb Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün hava şəraitilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmamasıdı.
Yeni qərara əsasən, oyun Binə qəsəbə stadionunda baş tutacaq.
1-ci divizion
14-cü tur
14 dekabr (şənbə)
Qaradağ Lökbatan – Şəmkir
Binə qəsəbə stadionu, 14:00.





