Son vaxtlar Lionel Messinin "Barselona"dan ayrılacağına münasibət bildirənlərin sırasına son olaraq klub prezidenti Sandro Rosell də qoşulub. Futbolinfo.az xəbər verir ki, o, bu açıqlama ilə dolaşan şaiyələrə son qoymaq istədiyini bildirib:
 
"Messi"Barselona"dan ayrılmayacaq. Mən prezident olduğum müddətdə onun komandada qalması üçün lazım olan hər şey ediləcək".
 
Xatırladaq ki, hücumçunun maaşının artırılması tələbinə rədd cavabı aldıqdan sonra başqa kluba keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Shares: