Almaniyanın "Bayer” (Leverkuzen) klubu Madrid "Real”ının futbolçusu Xese Rodriqesi transfer etmək istyəyir. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə "Marka" qəzeti çıxış edib.
 
Maraqlıdı ki, oyunçu ilə "Krak Klubu” arasındakı müqavilə hələ ötən həftələrdə yenilənib. Hansı ki , həmin vaxta qədər Xese klubun ehtiyat komandası sayılan "Kastilya"nın şərəfini qoruyurdu.
 
Xese bu mövsüm La Liqada 7 oyun keçirib və 2 qol vurub.
Shares: