Almaniya Futbol Federasiyası (AFF) Braziliyada təşkil olunacaq dünya çempionatına möhkəm hazırlaşır. Futbolinfo.az xəbər verir ki, federasiya millinin rahatlığını düşünərək komandanı Braziliyada hər hansı oteldə yox, öz bazasında yerləşdirəcək.
 
Hələ ki, layihə mərhələsində olan bazanın mundialın başlanğıcına qədər hazır olacağı proqnozlaşdırılır.
 
Bahia əyalətində 13 evdən, futbol meydançası, mətbuat mərkəzi və digər lazımlı məkanlar tikməyi planlaşdıran federasiyanın inşa edəcəyi baza hava limanından 15 km uzaqlıqda olacaq. Tikinti üçün çəkiləcək xərclərin böyük hissəsini millinin baş sponsoru "Mersedes" şirkəti ödəyəcək.
Shares: